Əsgərin intihar etdiyi bildirilir

Əsgərin intihar etdiyi bildirilir

28-08-2021 15:57 / Bu xəbər 1191 dəfə oxundu

Müdafiə Nazirliyi Şuşa şəhəri istiqamətində hərbi xidmətdə olan Çingiz Həziyevin ölümü haqqında xəbər yayıb. 

İlkin araşdırmalara görə, onun xidmət etdiyi hərbi hissədə intihar etdiyi bildirilir.

Nazirlik hərbi qulluqçunun intiharına səbəbin ailə-məişət problemləri olduğunu və "etik qaydalara riayət edərək” hadisənin təfərrüatlarını açıqlamadığını deyir.

Hazırda faktla bağlı cinayət işi başlanıldığı, araşdırma aparıldığı qeyd olunur. 

KİV-də və sosial mediada Çingiz Həziyevin atışmada həlak olduğu haqda məlumat yayılmışdı. 

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər "həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır”.