Fəal polis rəisinin onu hədələdiyini bildirir

Fəal polis rəisinin onu hədələdiyini bildirir

11-09-2021 13:06 / Bu xəbər 1359 dəfə oxundu

İctimai-siyasi fəal Bəxtiyar Hacıyev Bakı şəhər polis rəisi Ələkbər İsmayılov tərəfindən hədə-qorxu və təzyiqlərə məruz qaldığını bildirib.

Fəalın iddiasına görə, buna səbəb "Feysbuk"da daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidi yazının dərcidir. 

Yazıya səbəb isə fəalın 2 ay öncə verdiyi şikayətə polisin məhəl qoymamasıdır.

Bəxtiyar Hacıyevin sözlərinə görə, sentyabrın 9-da onu şəhər polisinə aparıblar, orada polis rəisi ona psixoloji təzyiq göstərib və deyib ki, əgər yazını silməsə, onu həbsdən daha böyük cəza gözləyir. 

Fəalın sözlərinə görə, polis rəisi onu ölümlə hədələyib. Buna baxmayaraq, tənqidi yazı silinməyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözüçüsü Elşad Hacıyev "Turan" bildirib ki, Bəxtiyar Hacıyevin fikirləri həqiqətəuyğun deyil, ancaq o, Bəxtiyar Hacıyevin polisə gətirilməsi faktını inkar etməyib.