Heydər Əliyev Fonduna dövlət qurumu statusu verildi

Heydər Əliyev Fonduna dövlət qurumu statusu verildi

24-05-2023 14:40 / Bu xəbər 1232 dəfə oxundu

Dövlət başçısının 23 may tarixli fərmanı ilə "İctimai və sosial məqsədlərlə təsis edilmiş fondların siyahısı" təsdiq edilib.

Bu siyahıya Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu və Ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (YAŞAT) daxil edilib.

Bu sənədlə həmçinin Heydər Əliyev Fondunun dövlət qurumu statusu təsdiq edilib.

Fond 2003-cü ildə təsis edilib və Azərbaycanda və xaricdə sosial, humanitar, mədəniyyət sahələrində layihələr, xeyriyyə fəaliyyəti həyata keçirib.

Amma fondun gəlirlərinin formalaşmasının mənbələri geniş ictimaiyyətə açıqlanmır.