Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

Hüseynbala Mirələmov YAP-dan çıxarıldı

23-04-2021 16:25 / Bu xəbər 2596 dəfə oxundu

Sabiq deputat, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov partiyadan çıxarılıb.

Bu barədə qərar aprelin 23-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında qəbul olunub.

Bildirilib ki, Hüseynbala Mirələmov partiyanın Veteranlar Şurasının üzvlüyündən də xaric edilib.

Səbəb kimi sabiq deputatın xanım işçisinə qarşı qeyri-etik hərəkəti göstərilib.

Hüseynbala Mirələmov 1945-ci ildə Lerik rayonunda doğulub.

O, 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki ATU) İnşaat fakültəsinin "Sənaye və mülki tikinti" ixtisasını bitirib. 

1972-ci ildən Azərbaycan Dövlət Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikintiquraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləyib.  

1986-cı ildən "Azərqaztəmirtikinti” Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 

H.Mirələmov 1998-ci ildə Azərbaycan Qaz Emalı Zavodunun direktoru vəzifəsinə təyin olunub.

H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü idi.

O, 2005 , 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat mandatı alıb.