İlham Əliyev: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

İlham Əliyev: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

22-10-2020 14:58 / Bu xəbər 1033 dəfə oxundu

Ermənilər artıq öz müqəddəratını təyin ediblər. 

Prezident İlham Əliyev Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsində belə deyib. 

O, Azərbaycanın Dağlıq Qarabağı qaytaracağı təqdirdə orada heç bir referendumun keçirilməyəcəyini deyib. 

Ermənistanla aparılan danışıqlar zamanı da Azərbaycanın referendumun keçirilməsinə razılıq vermədiyini vurğulayan dövlət başçısı əlavə edib: "Ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz”.

İlham Əliyev  qeyd edib ki, öz müqəddəratını təyinetmə beynəlxalq hüququn amili olsa da, Azərbaycanın ərazi bütövlüyü pozulmamalıdır.
 
Sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib. 

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.