İran Naxçıvanla sərhəddə yeni təlimlər keçirir

İran Naxçıvanla sərhəddə yeni təlimlər keçirir

01-10-2021 13:32 / Bu xəbər 1435 dəfə oxundu

Cümə günü İranın quru qoşunları ölkənin şimal-qərbində yeni təlimlərə başlayacaq.

Bu barədə "Mehr" İnformasiya Agentliyi xəbər yayıb. 

Bu qoşunların komandanı Əmir Heydəri bildirib ki, "Xaybar fatehləri" təlimləri zirehli tank hissələri, artilleriya, pilotsuz uçuş aparatları və hərbi vertolyotlar cəlb ediləcək.

"Silahlı Qüvvələrimizin bu regionda və ölkənin müxtəlif yerlərində təlimləri texnika və silahların sınaqdan keçirilməsi, İranın istənilən nöqtəsində Silahlı Qüvvələrin hərbi hazırlığının qiymətləndirilməsi məqsədilə planlı təlimlərdir", - Heydəri deyib.

Təlimlər Naxçıvan Muxtar Respublikası ilə sərhəddin yaxınlığında keçiriləcək.

Təlimlərin adına gəlincə, burada İsrailə eyham var. 

Xaybar oazisi Səudiyyə Ərəbistanında Mədinə yaxınlığında yerləşir. 

628-ci ildə ərəblər Məhəmməd peyğəmbərin komandanlığı ilə yəhudiləri oradan qovublar.(Turan)