İranın BMT-dəki daimi nümayəndəsi "qisas əməliyyatı"nın başa çatdığını bildirib

İranın BMT-dəki daimi nümayəndəsi

09-01-2020 14:42 / Bu xəbər 896 dəfə oxundu

"İran general Qasım Süleymaninin öldürülməsinə görə "qisas əməliyyatı"nı tamamlayıb və ABŞ tərəfdən aqressiv hərəkət olmazsa, yeni hərbi addım atmayacaq".

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi TASS-ın ABŞ Prezidenti Donald Trampın çıxışına Tehranın reaksiyasının necə olacağına dair sualını cavablandırarkən bildirib.

"Bütün hərəkətlərimiz Süleymaninin öldürülməsinə mütənasib idi. Onlar tamamlanıb. ABŞ İrana qarşı hərbi əməliyyat keçirməzsə, biz də bu cür hərəkətlər etməyəcəyik", - o deyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən öldürülüb.