“Kürü diplomatiyası"na münasibət: "Dostluq jesti olub"

“Kürü diplomatiyası

22-12-2016 18:45 / Bu xəbər 2259 dəfə oxundu

"Azərbaycanla bağlı korrupsiya faktları doğru çıxarsa, təəccüblənmərəm".

Bunu Toplum Tv-yə REAL (Respublikaçı Alternativ) Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Avropa Stabillik Təşəbbüsü təşkilatının (European Stability Initiative) "Kürü diplomatiyası: Avropa bataqlığı” adlı təhqiqatının bu günlərdə yayımlanan ikinci hissəsinə münasibət bildirərkən deyib. 
Картинки по запросу Erkin Qədirli
Onun sözlərinə görə, istintaq davam edir və onun nəticəsini gözləmək lazımdır:"Məsələnin doğru ola biləcəyi təqdirdə heç təəccüblənmərəm. Yəni siyasətdə lobbi fəaliyyətinin korrupsiyaya bulaşması faktları olub. Ona görə də doğru çıxarsa, təəccüblənmərəm. Amma, həqiqətən, doğru olub-olmamasını da deyə bilmərəm. Bunu istintaqın nəticəsi göstərəcək".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, bu barədə adları çəkən adamlar danışmalıdırlar:
Картинки по запросу İqbal Ağazadə
"Mən hadisə baş verdikdə yanlarında olmamışam. Ancaq hesabatlardan məlumatım var. Bunu hüquq mühafizə orqanları dərhal araşdırmalıdır. Belə bir hal varsa və tərəflərdən biri bunu prokrorluğa ifadəsində təsdiq edirsə, ikinci tərəf isə bunu inkar barədə əsaslı dəlil ortaya qoymalıdır və ya Avropa Birliyinə, Avropa Məhkəməsinə müraciət etməlidir ki, şər atırlar. Yox əgər bütün bunlar yoxdursa, etiraf etmiş kimi çıxır. Ona görə də çalışmalıdırlar ki, əgər belə bir hal yoxdursa, təkzib etsinlər. Yox, əgər olubsa, bunu edənlər cəzalanmalıdır".

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bunun Azərbaycana atılan böhtan olduğunu bildirib: "Belə bir anlayış ümumiyyətlə, gülüncdür. Müəyyən dostluq jestləri ola bilər. Bunu siyasiləşdirməyin heç bir mənası yoxdur. Azərbaycana da xaricdən kimsə gəlirsə və hansısa bir jest edilirsə, bunu problemə çevirmək doğru deyil. Ümumiyyətlə, bu, Azərbaycanı nüfuzdan salmaq üçün ortaya atılıb. Bu, doğru yanaşma və effektli yol deyil". 
Картинки по запросу Fazil Mustafa
Qeyd edək ki, Avropa Stabillik Təşəbbüsü (European Stability Initiative)"Kürü diplomatiyası: Avropa bataqlığı” adlı təhqiqatının bu günlərdə yayımlanan ikinci hissəsində Azərbaycan rəsmilərinin Avropa rəsmilərini necə ələ aldığı, korrupsiya mexanizmləri açıqlanır. Hesabatda deyilir ki, Avropa Şurasında İtlaliyadan olan deputat "Luca Volonte istintaq zamanı Azərbaycandan onun müxtəlif hesablarına üst-üstə 3 milyon avro köçürüldüyünü etiraf edib.

Gülzar N. Məmmədli