Moldova Məhkəməsi hökumətin ”antiböhran” paketini ləğv etdi

Moldova Məhkəməsi hökumətin ”antiböhran” paketini ləğv etdi

13-04-2020 23:48 / Bu xəbər 1159 dəfə oxundu

Moldova Konstitusiya Məhkəməsi koronavirusla əlaqədar hökumətin "”antiböhran” paketini qeyri-konstitusion olduğuna görə ləğv edib. 

Moldovanın Konstitusiya Məhkəməsi 13 apreldə baş tutan iclasda hökumətin qəbul etdiyi "böhran əleyhinə tədbirlər paketinin" Konstitusiyanın müddəalarına cavab vermədiyi barədə qərar qəbul edib.

Bu barədə Arqument.az "Newsmaker"ə istinadən xəbər verir.

1 apreldə Moldova hökuməti fövqəladə vəziyyət zamanı vətəndaşlara və sahibkarlara dəstək olmaq üçün tədbirlər paketini təsdiqləyib. 

Bunun üçün dövlət büdcəsindən 700 milyondan çox ley (təxminən 39,1 milyon ABŞ dolları) ayrılıb. 

Bunun ardından "Fəaliyyət və Həmrəylik” və "Şor” partiyalarından olan bir sıra deputatlar, anti-böhran tədbirləri paketinin bir sıra müddəalarını Konstitusiya Məhkəməsində mübahisələndiriblər. 

Onların fikrincə, hökumət tərəfindən təsdiqlənən sənəddəki bəzi məqamlar vergidən yayınma və dövlət büdcəsindən vəsaitin mənimsənilməsinə yol aça bilər.  

Konstitusiya Məhkəməsi 9 aprel tarixli qərardadı ilə işə məhkəmədə baxılanadək tədbirlər paketinin icrasını müvəqqəti dayandırıb, 13 aprel tarixli qərarı ilə ümumiyyətlə sənədi ləğv edib. 

9 apreldə Konstitusiya Məhkəməsinin paketin konstitusiyaya zidd olması barədə qərarından sonra hökumət qanun layihəsini - yeni "böhran əleyhinə tədbirlər paketi"ni yenidən hazırlamalıdır.

Nizami