Müdafiə Nazirliyi: "Məzuniyyətdə olan əsgər yanaraq ölüb"

Müdafiə Nazirliyi:

07-04-2021 18:23 / Bu xəbər 2012 dəfə oxundu

Vaqif Dərgahlı: "Hərbi Prokurorluq hadisəni araşdırır"

Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmətdə olan əsgəri Elvin Sarızadə aprelin 5-də məzuniyyətdə olarkən yanaraq ölüb. 

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin sözçüsü Vaqif Dərgahlı Meydan TV-yə bildirib ki, Hərbi Prokurorluq hadisəni araşdırır. 

Tərtərdə doğulan 23 yaşlı Elvin Sarızadənin nişanlı olduğu deyilir.