Nazir Aynur Kərimovanı mətbuat katibi təyin etdi

Nazir Aynur Kərimovanı mətbuat katibi təyin etdi

14-03-2023 13:36 / Bu xəbər 885 dəfə oxundu

Aynur Kərimova Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri təyin edilib.

Bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli əmr imzalayıb.

Aynur Nurəddin qızı Kərimova Bakı Dövlət Universitetində (BDU) jurnalistika ixtisası üzrə bakalavr, magistr və aspirantura təhsili alıb. 

O, müxtəlif illərdə BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının müdiri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-analitik araşdırmalar departamentinin rəhbəri, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Mətbuatla iş şöbəsinin müdiri, "Barama Media”nın icraçı direktoru kimi fəaliyyət göstərib.

2009-cu ildən Filologiya üzrə fəlsəfə doktorudur. 

2022-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yeni magistr proqramlarının yaradılması və kurrikulum dizaynı ilə bağlı işçi qrupda fəaliyyət göstərir. 

Azərbaycan 2022-ci il "Texnopolis”, "Sima” sənədli media layihələrinin müəllifidir.