“Ne olacak halim?” türk ailə komediyası Bakı ekranlarında!

“Ne olacak halim?” türk ailə komediyası Bakı ekranlarında!

07-03-2023 23:35 / Bu xəbər 1249 dəfə oxundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən "Ne olacak halim?” türk ailə komediyasının nümayişi başlayır.

Filmin ssenari müəllifi və rejissoru Semra Dündardır.

Baş rola tanınmış aktyor və müğənni Emre Altuğ çəkilib. 

Digər rolları Algı Eke, Lemi Filozof və başqaları ifa edir.

Filmin əsas qəhrəmanı məşhur aparıcı Halim Pekyamandır. 

O, uşaqları sevmir və "playboy” həyatı yaşayır. 

Bir gün televiziyada canlı efirdə uşaqlar haqqında xoşagəlməz sözlər işlədir və bundan sonra da bütün həyatı alt-üst olur. 

Uşaq düşməni elan edilən teleaparıcı işdən qovulur və Kuşadasındakı bağ evinə köçür. 

Burada onun yolu əri tərəfindən tərk edilmiş, dörd övladı ilə təkbaşına qalan və həyatla mübarizə aparan Mələklə kəsişir. 

Həyat elə gətirir ki, Halim sevgili olduğu Mələyin uşaqlarına baxmaq məcburiyyətində qalır…

Ülviyyə