Paşinyan vəzifəsindən istefa verdi

Paşinyan vəzifəsindən istefa verdi

25-04-2021 11:27 / Bu xəbər 2186 dəfə oxundu

Ermənistanın baş naziri Nikol Paşinyan qarşıdan gələn növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı vəzifəsindən istefa verdiyini bildirib.

Bu barədə o, "Feysbuk" səhifəsində xalqa videomüraciətində deyib.

"İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm", - Paşinyan belə deyib.

Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. 

O bildirib ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.("Report")