“Prokurorluğa indi çağırılmamışam” - Tofiq Yaqublu

“Prokurorluğa indi çağırılmamışam” - Tofiq Yaqublu

17-02-2018 15:08 / Bu xəbər 2247 dəfə oxundu

Mənim prokurorluğa çağırılmağım həbsdən çıxandan bir neçə ay sonra baş verib və müavinlikdən çıxarılmağımla heç bir əlaqəsi yoxdur.

Bir neçə gündür sosial şəbəkədə Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun prokurorluğa çağırılması ilə bağlı xəbərlər dolaşır.

Tofiq Yaqublu öz "Facebook” səhifəsində status yazaraq bu məsələyə aydınlıq gətirib.

"Dostlar, başqan müavinliyindən çıxarılmağımla yanaşı, həmin ərəfədə mənim prokurorluğa çağırılmağımla bağlı məlumat da yayıldı. Bu məlumatın köhnə olması haqda bir sıra saytlara məlumat vermişəm və internet televiziyasında canlı yayında da təkzib etmişəm. Bildirirəm ki, mənim prokurorluğa çağırılmağım həbsdən çıxandan bir neçə ay sonra baş verib və müavinlikdən çıxarılmağımla heç bir əlaqəsi yoxdur”, – Tofiq Yaqublu bildirib.