Putin Kadırova yüksək vəzifə təklif etdi
17-01-2020 12:19 / Bu xəbər 1159 dəfə oxundu
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova yeni vəzifə təklif olunub.
O, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi ola bilər.
"Arqumentı nedeli”nin xəbərinə görə, bu barədə Kremldəki bir mənbə məlumat verib.
Çeçenistan rəhbəri Ramzan Kadırov yanvarın 13-də vəzifəsindən getməklə bağlı ərizə yazıb.
O, ərizəsində müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi ilə bağlı işindən uzaqlaşdığını qeyd edib.
Respublikaya rəhbərlik isə müvəqqəti olaraq Müslim Xuçiyevə tapşırılıb.