Qospodinov Buker mükafatına layiq görüldü

Qospodinov Buker mükafatına layiq görüldü

24-05-2023 13:27 / Bu xəbər 1155 dəfə oxundu

Bolqarıstan yazıçısı Georgi Qospodinovun "Zaman sığınacağı” romanı Beynəlxalq Buker Mükafatına layiq görülüb.

Əsərdə alzheimer xəstəliyindən əziyyət çəkən insanlar üçün açılan klinikadan bəhs edilir. Xəstəxananın mərtəbələrində ötən onilliklərin ab-havası yaradılır: mebel və içkilərdən tutmuş, müvafiq dövrün gündəlik qəzetlərinə qədər. Klinika şöhrət qazanır - və sağlam insanlar da müasir həyatın dəhşətlərindən qurtulmaq üçün oraya axışırlar.

Münsiflər heyəti kitabı "ironika və həzinliklə dolu parlaq roman” və "Avropa haqqında möhtəşəm roman” adlandırıb. 

"Bu, müasir fəlsəfi suala toxunan çox dərin əsərdir: xatirələrimiz itəndə başımıza nə gəlir?”, – münsiflər heyətinin sədri Leyla Slimani bildirib.

Qospodinov Beynəlxalq Buker mükafatına layiq görülən ilk bolqarıstanlı yazıçı olub. 

O, 50.000 funt-sterlinq mükafatı romanın ingiliscəyə tərcüməçisi Ancela Rodel ilə bölüşəcək. Münsiflər heyəti tərcüməçinin işini "zərif və ustacasına" adlandırıb.

***

Bolqarıstanlı yazıçı Rusiya bazarını niyə boykot etmədi

Bolqarıstanın həyatda olan ən məşhur yazıçısı Georgi Qospodinov Rusiyadakı oxucuların onun distopik, anti-Putin mesajı verən son romanını oxumasını arzulayır.

Lakin "Time Shelter"in (Zaman Sığınacağı) Rusiyada tərcümə olunması və satılması qərarı Bolqarıstanda müzakirələrə səbəb olub. 

Ölkənin bəzi mədəniyyət xadimləri Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə tənqid edən Qospodinovun Rusiyadan uzaqlaşan digər qlobal yazıçılara qoşulmalı olduğunu bildirib. 

Digərləri, o cümlədən bir bolqar naşir bu məsələnin rusofobiyanı qızışdırmaqdan başqa bir işə yaramayacağını deyib.

Bolqarıstanda heç bir müasir yazıçı Avropa yazıçıları arasında aparıcı səs sayılan Qospodinov qədər mükafat almayıb, eyni zamanda onun əsərləri qədər çox tərcümə olunan başqa əsər də yoxdur. 

Onun əsərləri kommunist dövrü Şərqi Avropasının keçmişindən və xatirələrindən bəhs edir.

"The New Yorker"in "anarxik, eksperimental debüt" kimi təsvir etdiyi "Natural Novel" (Təbii Roman) 1999-cu ildə çap olunub, 2005-ci ildə isə ingilis dilinə tərcümə edilərək beynəlxalq səhnəyə çıxıb.

Bu ayın əvvəlində Qospodinovun "Zaman Sığınacağı” 2023-cü il Beynəlxalq Buker Mükafatı üçün qısa siyahıya düşən altı romandan biri olub. 

Qalib mayda elan ediləcək. Dünyanın hər yerindən bədii ədəbiyyat nümunələri ingilis dilinə tərcümə edilərək, Böyük Britaniya və İrlandiyada nəşr olunub.

"Zaman Sığınacağı”nda Alzheimer xəstələri həyatlarının fərqli illərinə qayıdaraq "keçmişin klinikasında" müalicə olunurlar. Keçmişin təsvirləri inandırıcı olmağa başlayanda sağlam insanlar da bura daxil olmağa başlayırlar. Özlərini müasir həyatın dəhşətlərindən qorumaq üçün "zaman sığınacağı”na girmək istəyirlər.