Ramil Şeydayev 8 oyunda iştirak edə bilməyəcək

Ramil Şeydayev 8 oyunda iştirak edə bilməyəcək

11-12-2023 15:27 / Bu xəbər 2141 dəfə oxundu

Tailandın "Buriram Yunayted” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev 8 oyunluq cəzalandırılıb.

Buna səbəb onun Asiya Çempionlar Liqasında Çinin "Çjetszyan” klubu ilə keçirilən səfər oyunundan sonra dava-dalaşda iştirak etməsi olub.

Rəqib futbolçu ilə əlbəyaxa olan forvard Asiya Futbol Konfederasiyası tərəfindən diskvalifikasiya edilib. 

Həmçinin onun iki komanda yoldaşı 6 matçlıq cəza alıb.

"Buriram Yunayted”in 2:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın ardından hər iki komandanın futbolçuları və məşqçiləri arasında kütləvi dava olub.