Peşəkar boksçu İsmət Quliyev "WBC Asia" cempionu oldu

Peşəkar boksçu İsmət Quliyev

04-06-2024 14:53 / Bu xəbər 1319 dəfə oxundu

30 may tarixində Tailandın Banqkok şəhərində orta çəkidə WBC ASIA kəməri uğrunda peşəkar boks döyüşü keçirilb. 

Axar.az bildirir ki, yarışda Azərbaycanı təmsil edən idmançımız, peşəkar boksçu İsmət Quliyev Əfqanıstandan olan idmançı Əhməd Samir Davrani ilə qarşılaşıb.

Döyüş 10 raund davam edib.

 Azərbaycanlı boksçu İsmət Quliyev əfqan döyüşçünü 9-cu raundda ağır zərbə ilə naqdaund vəziyətinə salıb və hesabı açıb.

Həmçinin İsmət Quliyevin səbrli və sistemli döyüşü hakimlərin böyük rəgbətinə səbəb olub. 

Olduqca ağır keçən döyüşdə tam qələbə ilə İsmət Quliyev qalib olub. 

Bununla da İsmət Quliyev Azərbaycan tarixində ilk dəfə orta çəkidə WBC Asiya kəmərinin sahibi olub.

Bununla da İsmət Quliyevin hesabında 15-ci qələbəsini yazıb.