Ramin Quluzadəyə yeni vəzifə verildi

Ramin Quluzadəyə yeni vəzifə verildi

26-01-2021 16:30 / Bu xəbər 642 dəfə oxundu

Sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib.

Bu barədə dövlət başçısı İlham Əliyevin yanvarın 26-da imzaladığı sərəncamda deyilir.

Prezidentin digər sərəncamıyla Oqtay Şahbazov vəzifəsindən azad olunub.

Oqtay Şahbazov 1991-ci ildən Prezidentin İşlər müdirinin birinci müavini, 2016-ci ildən isə İşlər müdiri vəzifəsində çalışıb.

O, energetika naziri Pərviz Şahbazovun atasıdır.