Rusiya ABŞ-a nota verib: "Ukraynaya silah verməyin"

Rusiya ABŞ-a nota verib:

15-04-2022 17:51 / Bu xəbər 2729 dəfə oxundu

Rusiya Ukraynaya silah yardımının dayandırılmasını tələb edir

"Washington Post”un məlumatına görə, Rusiya Amerikaya diplomatik nota verib: "Biz ABŞ və onun müttəfiqlərini məsuliyyətsiz şəkildə Ukraynanın hərbiləşdirilməsindən çəkinməyə çağırırıq, çünki bu regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb ola bilər”.

"Bloomberg" agentliyi isə yazır ki, ABŞ və digər Qərb ölkələri artıq Ukraynaya 60 min tank əleyhinə raket və 25 min daşına bilən hava hücumundan müdafiə sistemi verib.

Müharibənin ilk günündən ABŞ müttəfiqi olan Ukraynanı müasir silahlar və yardımlarla təmin etməyə davam edir.