Rusiyada Navalnıya dəstək aksiyasında iştirak edən məktəbli həbs edildi

Rusiyada Navalnıya dəstək aksiyasında iştirak edən məktəbli həbs edildi

04-02-2021 15:03 / Bu xəbər 945 dəfə oxundu

Moskva məhkəməsi fevralın 2-də paytaxtda keçirilən icazəsiz etiraz aksiyasında iştirak edən məktəbli barəsində 7 sutkalıq həbs qərarı çıxarıb. 

"Svoboda.org"un fevralın 3-də verdiyi xəbərə görə, məktəbli paytaxt məktəblərindən birində 11-ci sinifdə oxuyur. Hüquq müdafiəçi Aleksey Pryanişnikov açıqlamasında bildirib ki, məktəbli 11-ci sinifdə oxusa da, həddi buluğa çatıb. 

"Məktəblinin aksiyaya bilərəkdən gəldiyi, yoxsa təsadüfənmi saxlanıldığı məlum deyil", - deyə Pryanişnikov qeyd edib. 

Məhkəmə məktəblini nəqliyyatın və piyadaların hərəkətinə mane olan icazəsiz yığıncaq, mitinq, hadisədə iştirak maddəsiylə günahkar bilib. 

Moskvada fevralın 2-də müxalif lider Aleksey Navalnının 3,5 il müddətinə həbs olunmasına etiraz olaraq, kütləvi etiraz aksiyaları keçirilib. 

Hüquq mühafizə orqanlarının 1500-ə yaxın aksiya iştirakçısını saxladığı bildirilir.