Rusiyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb

Rusiyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb

07-04-2020 20:26 / Bu xəbər 1099 dəfə oxundu

Rusiyada ilk dəfə bir gündə koronavirusa yoluxanların sayı 1000 nəfəri keçib.

Operativ qərargah 1115 yeni yoluxma halının aşkarlandığını, onlardan 697-nin Moskvada olduğunu açıqlayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 7497 nəfərə çatıb.

COVID-19 virusu 85 regionun 81-də qeydə alınıb.

Bir gündə 1154 nəfərin virusa yoluxması Rusiya üçün yeni bir rekord olub. Əvvəlki rekord ötən gün qeydə alınıb – 954 nəfər.

Nizami Bağırov