Rusiyanın daha bir generalı öldürüldü

Rusiyanın daha bir generalı öldürüldü

17-04-2022 00:48 / Bu xəbər 2008 dəfə oxundu

Rusiya Federasiyasının 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Frolov Ukraynada gedən döyüş zamanı həlak olub.

Bu barədə Rusiyanın "Fontanka” nəşri məlumat yayıb. 

Nəşrin məlumatına görə, aprelin 16-da Sankt-Peterburqda 8-ci ordu komandirinin müavini, general-mayor Vladimir Petroviç Frolovla vidalaşıblar. 

Onun dəfn mərasimi Serafimovski qəbiristanlığında hərbi şərəflə keçirilib, mərasimdə qubernator Aleksandr Beqlov iştirak edib. 

Bu barədə Sankt-Peterburq administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qubernatorun sözlərinə görə, Vladimir Frolov döyüşlərdə "igidlik göstərərk həlak olub”

Nizami Bağırov