"Səma ilə görüş" filminin qala gecəsi keçirilib

07-03-2024 19:19 / Bu xəbər 791 dəfə oxundu

Nizami Kino Mərkəzində "Səma ilə görüş” filminin qala gecəsi keçirilib.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət nümayəndələri, aktyorlar, blogerlər və media mənsubları iştirak edib.

Sözügedən ekran əsəri dələduzluqla əldə etdikləri pulları ağır xəstəliklərdən əziyyət çəkən insanlara yardım etmək üçün xərcləyən insanlardan bəhs edir. 

Xeyirxah əməllərinə görə onları tərif edən də var, tənqid edən də. 

Dostların həyatı maraqlı hadisələrlə doludur. Lakin bir gün həyat onlarla elə bir zarafat edir ki, dostların özlərinin yardıma ehtiyacı olur...

Filmin baş prodüseri Azərbaycan Kino Mərkəzinin təsisçisi Orxan Mərdan, rejissoru Rüfət Şahbazovdur.

Filmin ssenarisini Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov qələmə alıb. 

İcraçı prodüseri Fuad Cəfərov, prodüseri Amiran Babayev, operatoru Şahmar Səfəroğludur.

Filmdə əsas rolları Rafael İsgəndərov, Taleh Yüzbəyov, Kəmalə Piriyeva, İlkin Həsəni, Turanə Hüseynli və Əlibəy Məmmədli yaradıb.

"Səma ilə görüş” filmi "Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Ülviyyə