Azərbaycan ordusu şəhid verdi

Azərbaycan ordusu şəhid verdi

03-08-2022 11:51 / Bu xəbər 360 dəfə oxundu

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. 

Bildirilir ki, nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

"Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!" - deyə nazirlik bildirib.