"Sərhədsiz Reportyorlar" "Media haqqında" Qanunu dəyişdirməyi vacib sayır

09-02-2023 13:48 / Bu xəbər 1113 dəfə oxundu

"Azərbaycan üçün kədərli yubiley: bir il əvvəl media sahəsinə nəzarəti gücləndirən və jurnalistlərin hüquqlarının pozulmasını qanuniləşdirən "Media haqqında" yeni qanun qüvvəyə minib.

"Sərhədsiz Reportyorlar" qanunu təkrar gözdən keçirməyə çağırır".

Bu barədə bu beynəlxalq təşkilatın fevralın 9-da "Twitter" səhifəsində yerləşdirdiyi məlumatda deyilir. 

Problemin yenidən gündəmə gəlməsi təsadüfi deyil. 

Fevralın 6-da müstəqil jurnalistlər "Media haqqında” Qanunun dəyişdirilməsi ilə bağlı ictmai müzakirə keçiriblər.

Onlar hesab ediblər ki, "Media haqqında” Qanun jurnalistlərin sərbəst fəaliyyətinə əngəl yaradır.

Bundan bir neçə gün əvvəl isə 40 media təmsilçisi bəyanat yayaraq "Media media haqqında" Qanun və Media reyestrinin ləğvini tələb edib. 

2021-ci ilin sonunda Azərbaycanda "Media haqqında Qanun” parlamentdə müzakirəyə çıxarılıb və qəbul edilib.

2022-ci ilin fevralında ölkə başçısının qanunu təsdiqləməsilə qüvvəyə minib. 

Yeni qanun media və jurnalistlərin vahid reyestrinin yaradılmasını nəzərdə tutur.

Reyestrin aparılması qaydaları ölkə başçısının 26 sentyabr 2022-ci ilə tarixli Fərmanı ilə təsdiq edilib. 

Bundan sonra Medianın İnkişafı Agentliyi mart ayına qədər jurnalistlərə və media orqanlarına reyestrdən keçmək üçün vaxt qoyub.