Siqaret biznesi də Cavanşir Feyziyevin monopoliyasına keçib?

Siqaret biznesi də Cavanşir Feyziyevin monopoliyasına keçib?

17-02-2021 01:52 / Bu xəbər 1232 dəfə oxundu

"Azərbaycanda çox böyük qazanc mənbəyi olan siqaret biznesi deputat Cavanşir Feyziyevin nəzarətinə keçib". 

Xəbəri "Jamaz.info" yayıb.

Bildirilir ki, hazırda ölkədə siqaretin topdansatışını həyata keçirən şəxs sözügedən deputatın qardaşıdır.

Məlumata görə, 100-dən artıq çeşidin topdansatıçşını reallaşdıran və bütün maliyyə işlərini həyata keçirən Arif Feyziyev, qardaşının sayəsində belə böyük biznesə sahiblənib. O, təkcə, topdansatış işlərini deyil, həmçinin ölkə üzrə digər topdansatış işlərini reallaşdırmaq istəyənlər üçün lisenziyaların verilməsi səlahiyyətinə malikdir. 

"Hazırda siqaret məhsullarının topdansatışını həyata keçirmək üçün tələb olunan lisenziyanın dövlət rüsumu 300 manat olsa da, Arif Feyziyev bu lisenziyanı 50 min dollara satır. O da "hər yoldan keçənə” deyil, xüsusi olaraq tapşırılmış şəxslərə satıla bilər", - iş adamlarından birinə istinad olunan xəbərdə bildirilir.

Deputat Cavanşir Feyziyev biznesiylə məşğul olduğunu inkar etsə də, beynəlxalq araşdırmalarda onun adı həm də "dərman mafiyası”nın ən aparıcı fiqurlarından biri kimi keçir. 

"Avromed” kimi tanınmış dərman firmasının da ona məxsus olduğu bildirilir.