Tbilisidə polis və müxalifətçilər arasında qarşıdurma: saxlanılanlar var

Tbilisidə polis və müxalifətçilər arasında qarşıdurma: saxlanılanlar var

19-02-2021 17:46 / Bu xəbər 3915 dəfə oxundu

Gürcüstan paytaxtı Tbilisi şəhərində parlamentinin binası qarşısında müxalifət tərəfdarları və polis arasında qarşıdurma baş verib.

Bu barədə fevralın 19-da "Sputnik Gürcüstan" məlumat verib.

Məlumata görə, qarşıdurmanın baş verməsinə səbəb müxalifət tərəfdarlarının parlamentin binası qarşısında çadırlar qurmaq cəhdi olub. 

Hüquq mühafizə orqanları əməkdaşlarının buna imkan verməməsi fiziki qarşıdurma ilə nəticələnib.

Hadisə zamanı polisə müqavimət göstərən 10 fəalın saxlanıldığı bildirilib. 

Hazırda vəziyyətin stabilləşdiyi və vətəndaş fəallarnın parlament binası qarşısında dayanmağa davam etdiyi xəbər verilib.