Türkiyəni qarışdıran terror aktı: 30 ölü, 100 yaralı - ŞOK VİDEO

Türkiyəni qarışdıran terror aktı:  30 ölü, 100 yaralı - ŞOK VİDEO

20-07-2015 20:04 / Bu xəbər 1396 dəfə oxundu

Bu gün saat 11.50 radələrində Türkiyənin Şanlıurfa şəhərində törədilən və 30-a yaxın insanın həlak, 100-dən çox insanın yaralandığı terror aktının videogörüntüsü yayılıb.

Arqument.Az türk mediasına istinadən xəbər verir ki, Türkiyəni qarışdıran terror aktının video görüntüsü sosial şəbəkələrdə də rezonans doğurub. 
 
Videodan da göründüyü kimi, Amara Mədəniyyət Mərəkəzinin qarşısında yerləşən çay evi bağçasında baş verən partlayış Sosialist Gənclik Dərnəkləri Federasiyası təmsilçilərinin Kobaninin yenidən inşası mövzusunda çıxış edən zaman törədilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 41-ci ildönümünün qeyd edilməsi tədbirinə qatılmaq üçün bu gün adaya səfər edib. 

İstanbul Hava Limanından hərbi mərasimlə yola salınan Ərdoğan Kiprə çatandan az sonra Türkiyədə məlum terror hadisəsi baş verib. 
 
Bir çox türkiyəli ekspertləri hesab edir ki, bu gün 27 nəfərin ölümü, 100-dən artıq insanın yaralanmasına səbəb olan Şanlıurfadakı partlayış hadisəsi AKP hökumətinə mesaj idi. Xarici ekspertlərin fikirlərincə, Türkiyənin Kiprdə müstəqilliyi saxlaması Qərbi narahat edir və onlar Türkiyəni qarışdırmaq istəyirlər.