Sinan Oğan Ərdoğanı dəstəklədi

Sinan Oğan Ərdoğanı dəstəklədi

22-05-2023 19:24 / Bu xəbər 1142 dəfə oxundu

Bir neçə gün öncə Ərdoğan onun şərtlərini rədd etmişdi

Mayın 22-də Türkiyədə "ATA İttifaqı”nın namizədi Sinan Oğan prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyi namizədin adını açıqlayıb.

Sinan Oğan "Cümhur İttifaqı”nın namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

Sinan Oğan seçkinin birinci turunda 5,17 faiz səs toplamışdı.

O, mayın 28-də keçiriləcək ikunci turla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla və "Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu ilə görüşmüşdü.

Sinan Oğanın ikinci turda dəstəkləyəcəyi namizəd üçün 6 şərt irəli sürmüşdü.  

Ərdoğan isə onun şərtlərini rədd etmişdi.

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə Yüksək Seçki Qurumunun (YSK) rəhbəri Ahmet Yener namizədlərin 50+1 səs toplamadığından seçkilərin ikinci tura qaldığını bəyan edib.

Seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.