YSK Türkiyədə II turun vaxtını açıqladı

YSK Türkiyədə II turun vaxtını açıqladı

15-05-2023 17:16 / Bu xəbər 835 dəfə oxundu

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener bildirib.

O qeyd edib ki, Türkiyədə prezident seçkiləri çərçivəsində ölkə daxili verilən səslərin 100%-i sayılıb.

Nəticələrə əsasən, prezident seçkilərində "Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, "Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, "ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. 

Seçkilərdə namizədliyini geri götürən "Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib.