Meral Akşener "Altılı masa"nı tərk etdi

Meral Akşener

03-03-2023 17:32 / Bu xəbər 1116 dəfə oxundu

"5 partiya Kamal Kılıçdaroğlu namizəd olsun dedi. Biz iki isimlə bağlı fikrimizi bildirdik".

Bu sözləri İYİ partiyanın sədri Meral Akşener bu gün keçirdiyi brifinqdə deyib. 

Partiya lideri "Altılı masa"nın vahid namizədinin müəyyənləşdirilməsi ilə bağlı danışıb.

O, CHP lideri Kamal Kılıçdaroğlunun vahid namizəd olmasına tərəfdar olmadıqlarını bildirib: "Bizim namizədimi Mansur Yavaş və Əkrem İmamoğlu idi. Təəssüf ki, təkliflərimiz masadakılar tərəfindən rədd edildi".

Meral Akşener "Altılı masa"nı tərk etdiklərini bildirib: "Nə biz qumar masasında, nə də notarius masasında olacağıq. Millətimizin qazanma ümidini yox etməyəcəyik".