Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə qadağa qoyulacaq

Xankəndiyə qanunsuz səfər edən Fransa rəsmilərinə qadağa qoyulacaq

16-09-2021 15:40 / Bu xəbər 852 dəfə oxundu

"Fransua Pupponi ilə səfərdə olan Arnuvil şəhərinin merinin də Azərbaycana girişi yasaqlanacaq”

"Fransa Milli Məclisinin üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir. O, qatı anti-Azərbaycan mövqeyilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır”.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva belə deyir. (https://mfa.gov.az/az/news/no32721)

Fransa Parlamentinin üzvü Fransua Pupponi Rusiya sülhməramlılarının nəzarətində olan Xankəndiyə səfər edib.

Leyla Abdullayeva bildirib ki, bu səfər qanunsuzdur.

O qeyd edib ki, Fransua Pupponi ilə səfərdə olan Arnuvil şəhərinin merinin də Azərbaycana girişi yasaqlanacaq: "Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri də Azərbaycana daxil olmaq hüququndan məhrum ediləcək”.

Onun sözlərinə görə, bu addım sülh quruculuğuna xələl gətirir: "Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”.