Zəngilanın 13 kəndi və 1 qəsəbəsi azad edildi

Zəngilanın 13 kəndi və 1 qəsəbəsi azad edildi

22-10-2020 18:47 / Bu xəbər 1287 dəfə oxundu

Füzulinin 3, Cəbrayılın 4 kəəndi də işğaldan azad edilib

Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad edib.

Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "tvitter" səhifəsində bildirib.
 
Prezident bildirib ki, Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini də işğaldan azad edib.

Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan və İran sərhədinin tam nəzarətə götürülməsi təmin olunub. 

Sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib. 

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.