“Azərbaycan biz kasıbların deyil”

“Azərbaycan biz kasıbların deyil”

26-05-2018 11:08 / Bu xəbər 3523 dəfə oxundu

55 məcburi köçkün ailəsi 26 ildir ki, Ramana qəsəbəsi, 9-cu mədən, 31 nömrəli yataqxanada məskunlaşır. Onların gileyi yaşadıqları şəraitdəndir.

Sona Həsənova: "Avtobusda deyirlər, qaloş geyinən kəndlilər gəlib adam olub. İş yerində deyiblər, bunlar qaçqındı, bunları saymayın. Ələ salırlar, gülürlər. Düz edirlər, belə şəraitdə yaşayırıq, kim olsa bizə məsxərə edib gülər”.

Sədaqət Xudiyeva: "Elə ailələrimiz var ki, evlərində 30-40 yaşlarında oğulları var, evləndirə bilmirlər. Gəlin gətirməyə yeri yoxdur. Bir otağın içində yaşayırlar”.

Sevgili Məmmədova: "Özləri rahat yerdə, kreslolarında oturublar. Yeyib-içib öz keflərindədirlər”.
Yataqxananı neft buruqları əhatə edir.

Sədaqət Xudiyeva: "Buruqların iyindən uşaqlar asma bronxid olublar. Böyüklərin hamısı xəstədir. Burada nəfəs almalı deyil”.

Qara qızılın ortasında yaşasalar da, məcburi köçkünlər ölkə sərvətindən çox uzaqda qaldıqlarını deyirlər.

Zəhra İsayeva: "biz demək olar ki, neft buruqlarının-bu sərvətin içində yaşayırıq. Bu sərvət bizim deyil. Kim xeyir görür, kim gözəl dolanır, bu sərvət onlarındı. Azərbaycan biz kasıbların deyil. Azərbaycan, Azərbaycanın sərvətini istifadə edənlərindir”.///meydan.tv