Bakıdakı partlayış nəticəsində universitet binasına da ziyan dəydi

Bakıdakı partlayış nəticəsində universitet binasına da ziyan dəydi

27-01-2018 12:07 / Bu xəbər 760 dəfə oxundu

Bakının mərkəzində, metronun "28 may” stansiyasının yaxınlığında baş vermiş partlayış zamanı dövlət qurumunun ofisi də daxil olmaqla bir sıra obyektlərə ziyan dəyib.

"Report"un xəbərinə görə, hadisə nəticəsində Ədliyyə Nazirliyinin 41 saylı Notariat Kontoru, "28 Market" mağazası, "Zəka" kitab evi, "Oyal plus", "Ofisait", ofis və dəftərxana ləvazimatları mağazası, aptek və s. obyektlər ciddi zərər görüb.

Hadisə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas binasının şüşələri qırılıb.

Partlayış binanın üçüncü mərtəbəsinədək ziyan vurub. 

Partlayışda xəsarət alan şəxsin adı məlum olub. 

APA-nın məlumatına görə, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.