Ərdoğan: "İtirən ABŞ olacaq"

Ərdoğan:

09-05-2018 16:53 / Bu xəbər 633 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxmasını tənqid edib. 

Bu barədə "CNN Türk” məlumat yayıb.

Ərdoğan ABŞ-ı imza atdığı sazişə sadiq qalmamaqda ittiham edib: "İtirən ABŞ olacaq, çünki razılıq verdiyi sazişə sadiq qalmır. Beynəlxalq razılaşmaları istədiyiniz zaman pozmaq, istədiyiniz zaman imzalamaq olmaz. Bu sazişlə bağlı işlərin bir anda tərs getməsi sadəcə regiona deyil, bütün dünyaya və beynəlxalq iqtisadiyyata təsir edəcək. ABŞ bundan mənfəət götürə bilər, ancaq bir çox ölkə ciddi zərər görəcək. Niyə daha böyük böhranlara yol açırıq? Başqa böhranlara ehtiyacımız yoxdur. İmzalar atılıbsa, sadiq qalmaq lazımdır”.

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. 

O, Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq qadağan olunmuş silahlar hazırlamaqda suçlayıb.