Gömrük generalının və oğlunun Avropada 34 mənzili, 10 dükanı... - SƏNƏDLƏR

Gömrük generalının və oğlunun Avropada 34 mənzili, 10 dükanı... - SƏNƏDLƏR

08-09-2019 14:18 / Bu xəbər 1532 dəfə oxundu

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun və oğlunun Cexiyada yeni milyonluq biznes şəbəkəsi aşkarlayaraq sosial şəbəkələrdə paylaşıb. 

Milyonlarla qiymətləndirilən bu biznes şəbəkəsinin bir gömrük məmurunun hansı qazancla qurduğu sosial şəbəkələrdə suallar doğurub.

Cavanşir Həsənli yazır: "Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev necə demişdir? "Gömrükdə rüşvət olarsa, istefa verəcəm” Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını çatdırmaq istəyirəm. "Belə aydan arı, sudan duru" generalı olan gömrük şefi heç vaxt istefa verməz. Bilirsiniz o kimdir? Sumqayıt baş gömrük idarəsinin rəisi həmin Vəzir Həsənov. Azərbaycanda gömrük generalı, Çexiyada məşhur biznesmen. Bəlkə, Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsı: http://hasansons.eu/rajhrad.html".

Xatırladaq ki, bir müddət öncə də arqument.az Cavanşir Həsənlinin yaydığı sənədlərə istinadən Vəzir Həsənovun Çexiyadakı sərvəti barədə araşdırma yaymışdı.