Hüquqşünasın ölkədən çıxışına qadağa götürüldü

Hüquqşünasın ölkədən çıxışına qadağa götürüldü

09-05-2019 01:39 / Bu xəbər 817 dəfə oxundu

Hüquqşünas Ənnağı Hacıbəylinin ölkədən çıxışına qoyulan qadağa mayın 8-də götürülüb.

Bunu Ənnağı Hacıbəyli öz "Facebook” hesabında yazıb.

"Bu gün Nəsimi Məhkəməsinin qərarı ilə ölkədən çıxışıma qadağa götürüldü. 5 il davam edən qanunsuz məhdudiyyətlərin götürülməsi üçün 20-yə yaxın məhkəmə prosesində hüquqlarımın bərpası üçün mübarizə apardım. Hətta Avropa Məhkəməsinin qərarından sonra da yarım il hüquqlarımı pozdular. Belə bir ölkədə yaşayırıq. Bu ölkə bizimdir, onun cəngəlliyə çevrilməsinə imkan verməyək. Bu günlərdə hüquqları bərpa olunmuş şəxsləri təbrik edirəm, hələ də hüquqları pozulanlara uğur arzulayıram".

2014-cü ildə Səbail Rayon Məhkəməsinin qərarı ilə 12 Qeyri-Hökumət Təşkilatının əmlakı üzərinə həbs qoyulub. 

12 təşkilat arasında Ənnağı Hacıbəylinin təşkilatı da yer alırdı.

2019-cu il fevralın 13-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Ənnağı Hacıbəylinin hesabına qoyulmuş həbs götürülmüşdü.

Toplum.tv