Kollec direktorunun Çexiyada şirkəti üzə çıxdı – SƏNƏDLƏR

Kollec direktorunun Çexiyada şirkəti üzə çıxdı – SƏNƏDLƏR

05-10-2019 03:03 / Bu xəbər 1701 dəfə oxundu

Azərbaycanda təkcə iri çinli məmurlar deyil, adi məmurlar da pul qazanmağın yolunu tapıblar. 

Elə kiçiklər də böyüklər kimi, qazandıqlarını ölkədən çıxarıb, onları Avropaya daşıyıblar.  

Bu dəfə Bakı Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılovun Çexiyada biznesi üzə çıxıb. 

Araşdırmaçı-jurnalist Cavanşir Həsənli bununla bağlı yazır ki, Çexiyadakı "VORNAX SRO” şirkəti 2009-cu ilin yanvarında qeydiyyatdan keçirilib.

Onun yayımladığı sənədlərə əsasən, qeydiyyat sənədlərinə görə, şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. "Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır. Vilayət İsmayılov, həm də Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye Kolleci ərazi ilk partiya təşkilatının sədridir”.

Cavanşir Həsənli qeyd edir ki, şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəmsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı isə Praqa, Modřany 4 göstərilib. "Vilayət İsmayılov 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində də çalışıb”.