Müxalifətin mitinqinə cavab verildi

Müxalifətin mitinqinə cavab verildi

12-02-2020 17:24 / Bu xəbər 740 dəfə oxundu

BŞİH mitinqin keçirilməsinə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ReAl, Müsavat partiyaları, D18 Hərəkatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

Bu barədə BŞİH-dən APA-ya məlumat verilib.

Məlumata görə, BŞİH müraciətə baxılıb və mitinqin keçirilməsinə icazə verilməyib. 

Fevralın 11-də müxalif partiyalar və müstəqil namizədlər seçkidə saxtakarlıqlarına qarşı birgə mitinq keçirmək qərarı veriblər.

Müsavat, Real partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər seçki saxtakarlıqlarına qarşı Bakı şəhərində birgə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətdə mitinqin 16 fevral-da saat 15:00-dan  17:00-dək Bakı şəhərində 28 may metrostansiyasının qarşısında keçirilməyi nəzərdə tutulub.

9 fevral 2020-ci ildə Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutub.///Toplum.Tv