Vasif İsmayıl da seçkiyə gedir

Vasif İsmayıl da seçkiyə gedir

11-12-2019 16:45 / Bu xəbər 1825 dəfə oxundu

Həkim Vasif İsmayıl fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə qatılacaq. 

Bu barədə Vasif İsmayıl feysbuk hesabında yazıb.

O bildirib ki, Sumqayıt şəhər 41 saylı 1-ci seçki dairəsindən namizədliyini irəli sürüb: "Sumqayıt mənim doğma şəhərimdir. Orada doğulmuşam, orada oxumuşam, boya-başa çatmışam. Sumqayıt uşağıyam. Sumqayıtlılarla birlikdəyəm!”

Vasif İsmayıl seçkidə ReAl Cümhuriyyətçilər blokunu təmsil edəcək. Bu blokda ReAl Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq.  

Vasif İsmayıl tibb üzrə fəlsəfə doktorudur, uroloq-androloq kimi fəaliyyət göstərir, ölkənin tanınmış uzamanlarından biridir.