Vüsalə Mahirqızı: ''Saytların fəaliyyətini özümüz dayandırmışıq''

Vüsalə Mahirqızı: ''Saytların fəaliyyətini özümüz dayandırmışıq''

03-08-2018 15:59 / Bu xəbər 2147 dəfə oxundu

3 gündür fəaliyyəti dayandırılan APA Holdinqin prezidenti Vüsalə Mahirqızı açıqlama yayıb.
 
O, "Facebook” səhifəsində holdinqə daxil olan saytların fəaliyyətini özlərinin dayandırdığını söyləyib: "Müəyyən problemlərin yarandığı səbəbindən holdinqə daxil olan saytlara girişi şirkət özü dayandırıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

Avqustun 1-də APA Holdinqə daxil olan informasiya resurslarına giriş mümkünsüzləşib. Saytda son məlumat həmin gün saat 19.00-da qoyulub. 

Bundan bir saat əvvəl holdinqin prezidenti Vüsalə Mahirqızı ölkə başçısı İlham Əliyevin Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışının saytda texniki səbəblərdən səhv getməsi ilə bağlı üzr istəyib.

Ardınca isə saytlara giriş qeyri-mümkün olub, hətta VPN proqramı ilə də sayt açılmayıb.