Argentinada Messilə bağlı qərar verildi

Argentinada Messilə bağlı qərar verildi

30-12-2023 02:07 / Bu xəbər 3758 dəfə oxundu

Argentina Futbol Fedrasiyası karyerasını bitirdikdən sonra Lionel Messinin 10 nömrəli nömrəsini istifadədən çıxaracaq.

Bu barədə qurumun prezidenti Klaudio Tapia bildirib.

"Messi milli komandadan gedəndən sonra başqa heç kimə 10 nömrəli formanı geyinməyə icazə verməyəcəyik. Bu nömrə onun şərəfinə ömürlük istifadədən çıxarılacaq. Bu, onun üçün edə biləcəyimiz ən kiçik işdir”, - deyə Tapia bəyan edib.

2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu olub.

Ümumilikdə, futbolçu Argentina millisində 180 oyun keçirib və 106 qol vurub. 

Messi həmçinin Amerika Kubokunun qalibi (2021) və Olimpiya çempionudur (2006).