Azərbaycan Ordusu strateji zirvəni ələ keçirdi - FOTOLAR

Azərbaycan Ordusu strateji zirvəni ələ keçirdi - FOTOLAR

25-01-2016 23:27 / Bu xəbər 3822 dəfə oxundu

Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni strateji yüksəkliyi ələ keçirib.

Ermənistanın KİV-ləri xəbər verir ki, Noyamberyan rayonunun Baqanis kəndinin sakinləri (Azərbaycanın Qazax rayonu ilə həmsərhəd) yaxınlıqdakı strateji yüksəkliyin Azərbaycan ordusunun nəzarətinə keçdiyini bildiriblər.

Onların sözlərinə görə, "Odndax” adı verilən yüksəklikdən bütün Baqanis kəndi və ətraf ərazilər asanlıqla görünür. 

Erməni jurnalistlər həmin yüksəskliyin fotolarını da çəkib.///modern.az

Azərbaycan Müdafiə Nazirliyi "Odundağ” yüksəkliyinin ordumuzun nəzarətinə keçməsi xəbərini təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Arqument.Az-a verilən məlumatda qeyd olunur ki, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb:

"Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Arqument.Az