Bakıda univermaq çökdü, dağıntılar altında qalanlar var - YENİLƏNİB+FOTO

Bakıda univermaq çökdü, dağıntılar altında qalanlar var - YENİLƏNİB+FOTO

26-01-2016 16:23 / Bu xəbər 2684 dəfə oxundu

Bakıda univermaq çöküb. 

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu ərazində yerləşən köhnə univermaqda baş verib.

Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyib çöküb. 

Hadisə nəticəsində 3 nəfərin dağıntılar altında qaldığı bildirilir. Hadisə yerinə Təcili Tibbi Yardım və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xəsarət alanlar xəstəxanalara aparılıb.

***

Bakıda dam örtüyü uçan univermağın dağıntıları altından çıxan şəxslərin adları açıqlanıb. 

Yaralıların aparıldığı 3 saylı Şəhər Klinik Xəstəxanasından "Report"a bildirilib ki, bunlar Elşad Abdullayev və Bəhruz Məmmədovdur. Onların hər ikisinə çanağın əzilməsi diaqnozu qoyulub və hazırda xəstəxanadadırlar.  

Qeyd edək ki, hadisə Suraxanı rayonu ərazisində yerləşən köhnə univermaqda baş verib. Belə ki, yağan qar nəticəsində univermağın dam örtüyü ağırlığa tab gətirməyərək çöküb. 

Arqument.Az