Nardaranda ölən polisin FOTOSU-VİDEO

Nardaranda ölən polisin FOTOSU-VİDEO

27-11-2015 01:19 / Bu xəbər 3733 dəfə oxundu

Nardarandakı toqquşmada həlak olan polisin kimliyi məlum olub.

Arqument.Az femida.az-a istinadən xəbər verir ki, vəfat edən polis zabiti, 1975-ci il təvəllüdlü, mayor Vüqar Nəsibovdur. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı olub. Vüqar Nəsibov evli olub, iki övladı var.

Mərhum polis əməkdaşı sabah II Fəxri xiyabanda dəfn ediləcək.

***

"Qafqazinfo” əlavə edir ki, dünyasını dəyişən Vüqar Nəsibov idmanın kikboksinq növü üzrə dəfələrlə çempion olub.