Belarusda keçirilən seçkilərin saxtalaşdırılmasına dair sübutlar - Sənədlər

Belarusda keçirilən seçkilərin saxtalaşdırılmasına dair sübutlar - Sənədlər

16-08-2020 14:18 / Bu xəbər 2080 dəfə oxundu

Hər üç seçki məntəqəsindən birində nəticələr saxtalaşdırılıb: proqramçılar, Lukaşenkonun nəticəsinin riyazi cəhətdən qeyri-mümkün olduğunu bildirirlər

Belarus Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb. 

Yekun nəticələrə görə, Aleksandr Lukaşenko yenidən 2020-ci ildə keçirilən prezident seçkilərində qalib elan olunub. 

Mərkəzi Seçki Komissiyasının məlumata görə, seçkilərdə ümumilikdə 5.818.955 nəfər, əsas seçki gününə qədər isə 2.806.640 nəfər səs verib. 

Seçicilərin 80,1%-i (4.661.075 nəfər) Lukaşenkoya, 10,1%-i (588.622 nəfər) isə müxalifətin vahid namizədi Svetlana Tixanovskayaya səs verib. 

Rəsmi rəqəmlərə baxmayaraq 100-ə yaxın seçki məntəqsinin üzvləri "yuxarıdan” gələn tapşırıqlara məhəl qoymadan seçkilərin saxtalaşdırılmasına razılıq verməyib və "təmiz” protokolları namizədlərin səlahiyyətli nümayəndlərinə təqdim ediblər. 

Həmin protokollardan da görünür ki, hər məntəqədə Tixanosvkaya açıq-aşkar qalib gəlib. Müxalifətin vahid namizədi Lukaşenkodan, məntəqələrdən asılı olara 2-17 dəfə çox səs toplayıb. 




Sosial şəbəkələrdə səsvermə və sayım zamanı baş vermiş kobud qanun pozuntuları, icra qurumlarının rəhbərlərinin seçkiyə müdaxiləsi və açıq-aşkar  protokolların dəyişidirlməsi hallarına dair çox saylı audio və video sübutlar vardır. Belə qanun pozuntularından biri də Vitebsk şəhərində qeydə alınıb və böyük rezonansa səbəb olub. 

İnternetə sızdırılan audioyazıdan (https://www.youtube.com/watch?v=lswvIOPuWRY) məlum olur ki,  seçkidən sonra Vitebsk şəhər oktyabr rayon icra hakimiyyəti başçısı Sergey Staşevski 25 saylı seçki məntəqəsində üzvlərlə görüşdə onlara təzyiq edir və protokolu Lukaşenkonun xeyrinə dəyişdirilməsinə nail ola bilir. 

Belarus mediasının verdiyi məlumata əsasən, audioyazı geniş yayıldıqdan sonra komissiya üzvləri belə görüşün baş tutmasını etiraf edirlər və onların sözlərinə görə ilkin protokola əsasən Lukaşenkoya 364, Tixanovskaya  isə 672 səs toplayır. 

Məntəqənin bir çox üzvləri saxta protokolu imzalamaqdan imtina edərək məntəqəni tərk edirlər.  Audioyazının "qəhrəmanı” S. Staşevski 12 avqustdan "xəstəlik” adı ilə işə çıxmır. 

Bütün bu saxtakarlığı gözə alaraq və rəsmi seçki komissiyasına etibar etməyən Belarusdan olan proqramçılar hələ seçkiöncəsi "Qolos” ("Səs”) adlı alternativ səs sayma platforması hazırlayıblar. 

Layihənin yaradıcıların əsas üzvləri təhlükəsizlik baxımından ölkə ərazisində çılışırlar. Tərtibatçıların rəyinə görə platformanın işlək olması üçün 1 milyon qeydiyyata alınan səs zəruridir, hal-hazırda qeyd olunan platformada artıq 1,25 milyondan çox seçici qeydiyyata alınıb. MSK-nın yekun nəticələrindən sonra "Qolos” da öz növbəsində ilkin nəticələrini edib (https://partizan-results.com/?lon=27.561824&lat=53.90574&z=7). 

Platforma, ölkə üzrə seçki məntəqələrinin təqribən 1/6 hissəsinin (5767-dən 989-u, 17%) məlumatlarını emal edib və proqramçıların fikrincə indiki mərhələdə, saxta protokolların payı 30% -dir. Hesab edirlər ki, bütün məlumatlar emal olunduqdan sonra saxtalaşdırma nisbəti artacaq.  

"Qolos” seçki nəticələrini, məntəqə komissiyalarının rəsmi protokollarını və bülletenlərinin fotoşəkillərini göndərən seçicilərin məlumatlarını müqayisə edərək təhlil edir. 

Ümumilikdə, platformada qeydiyyatdan keçən şəxslər 507.477 foto-bülleten göndərib. 

Platformanın məlumatına görə Svetlana Tixanovskaya 989 seçki məntəqəsində 393.193 səs toplayıb. MSK-nın rəsmi elan etdiyi məlumatına görə isə o, ölkə üzrə bütün seçki məntəqələrində ümumilikdə 588.622 səs alıb. 

Rəqəmləri müqayisə etsək, görərik ki, Tixanovskaya seçki məntəqələrinin 17%-də topladığı səslərin 66,8% -ni, qalan 83% seçki məntəqələrində isə səslərinin cəmi 33,2%-ni toplayıb. 

"Bunun əsasında iddia edilə bilər ki, MSK tərəfindən elan edilmiş yekun məntəqə protokollarının rəsmi nəticələri ilə prezident seçkilərinin real nəticələri fərqlidir", - "Qolos” platformasından bildiriblər.

Emal edilmiş 989 seçki məntəqəsində, rəsmi məlumatlara görə, Aleksandr Lukaşenko 62,5% səs toplayıb, lakin bu nəticə də etibarlı sayıla bilməz. Belə ki, "Qolos”un məlumatlarına görə hər üç məntəqədən birində protokolda saxtalaşdırmalar aşkar edilib. 

Təşkilat bu qənaətə gəlir ki, Lukaşenko riyazi cəhətdən belə "80%  səs ala bilməyib. 

Nizami