Bu gün futbol üzrə dünya çempionatı start götürəcək

Bu gün futbol üzrə dünya çempionatı start götürəcək

20-11-2022 15:24 / Bu xəbər 1550 dəfə oxundu

İlk oyunda Qətər millisi Ekvadorla qarşılaşacaq

Bu gün futbol üzrə dünya çempionatı start götürəcək.

Qətərdə keçirilən mundialın açılış oyununda ev sahibi komanda ilə Ekvador yığması üz-üzə gələcək. 

A qrupunun oyunu saat 20:00-da başlayacaq. 

Qarşılaşma 60 minlik azarkeş tutumuna malik "El-Bayt” stadionunda keçiriləcək.

Qətər mundiala ev sahibliyi edən 18-ci ölkə kimi tarixə düşəcək. 

DÇ-2022 32 komandanın iştirakı ilə baş tutan sonuncu dünya çempionatı olacaq. 

2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə təşkil edəcəyi çempionatda 48 milli komanda mübarizə aparacaq.

Bundan əvvəlki – 2018-ci ildə keçirilən dünya çempionatının qalibi Fransa yığması olmuşdu.