Daha bir iş adamının həbs xəbəri yayıldı - HƏBS DALĞASI
13-05-2015 14:30 / Bu xəbər 2097 dəfə oxundu
İlkin informasiyalara görə, D.Xəlilov Beynəlxalq Bankdakı yeyintilərdə iştirakçılardan biridir. O, Plazanın mühafizəçiləri, xadimələri də daxil olmaqla bir qrup işçinin adına bankdan 3 milyondan artıq vəsait götürməkdə ittiham olunur. İşçilər arasında dünən aparılan yoxlamalardan sonra məlum olub ki, onların özlərinin belə, bu kreditlərdən xəbərləri yoxdur.
Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı da həmin plazanın 3-cü mərtəbəsində yerləşib. Dünən bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb.
Qeyd edək ki, bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılıb. Onlar korrupsiyada, maliyyə fırıldaqlarında, dövlətə məxsus vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bildirilir ki, həmin şəxslərin əməlləri haqda informasiyalar araşdırılıb və bu fırıldaqlarda iştirak edən hər kəsin cəzalandırılması ilə bağlı adıımlar atılması qərara alınıb. Artıq mətbuat həbs olunanlardan "Xəzər İsland” ın rəhbəri Hacı İbrahim Nehrəmlinin, neft oliqarxı Nizami Piriyevin, Bayraq Meydanının bir neçə gün əvvəl işdən qovulan rəhbəri Rəşad Məmmədovun adını açıqlayıb.
Arqument.Az